Türkiyədən Yaponiyaya rekord səviyyədə ixracat qeydə alınıb.
Newscenter.az Türkiyə İxracatçılar Məclisinə (TİM) istinadən bildirir ki, bu ilin yanvar-sentyabr aylarında Yaponiyaya 442 milyon 631 min dollarlıq mal və məhsul ixrac edilib. Bu göstərici bu günə qədər olan ən yüksək ixracat hesab olunur.
TİM-dən verilən məlumata görə, Türkiyənin ixracatı ilin 9 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,3 azalaraq 187 milyard 463 milyon dollar təşkil edib. Türkiyənin Yaponiyaya ixracı isə cari ilin 9 ayında keçən ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz artıb.
Natiq Orucov