Türkiyədə FETÖ terror təşkilatına qarşı mübarizə tədbirləri çərçivəsində növvbəti əməliyyat tədbirləri Ədirnə şəhərində həyata keçirilib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Ədirnədən Yunanıstana qaçmağa cəhd edən 5 FETÖ şübhəlisi tutulub.
Təhlükəsizlik qüvvələri Karakasım kəndi yaxınlığındakı 1-ci dərəcəli hərbi qadağa zonasında keçirdikləri əməliyyatda qeyri-qanuni yollarla Yunanıstana getmək istəyən 5 nəfəri saxlayıb. Onların FETÖ ilə əlaqəsi olduğu müəyyən edilib.
Anar TAGİYEV