Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Azərbaycan-Türkiyə münasibətlərinin tarixi” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

“Azərbaycan-Türkiyə münasibətlərinin tarixi” mövzusunda beynəlxalq  elmi konfrans keçiriləcək


Oktyabrın 23-də Bakıda Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş “Azərbaycan-Türkiyə münasibətlərinin tarixi” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Newscenter.az Akademiyaya istinadən xəbər verir ki, AMEA-nın təşkilatçılığı ilə baş tutacaq konfransda qardaş ölkədən də elm adamları, tarixçilər iştirak edəcək.

Konfransı giriş sözü ilə AMEA-nın tarix institutunun baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov açacaq.

Daha sonra AMEA Tarix institutunun elmi məsləhətçisi, filologiya elmləri doktoru, professor Tofiq Məlikli "Osmanlı imperiyasından Türkiyə Cümhuriyyətinə tarixi yol", Türkiyənin Arxiv və Hərbi Tarix Dairə Başkanlığından Güzin Çaykıran "Milli Mücadilə və Cumhuriyətin Doğuşu", AMEA Tarix institutunun Azərbaycan Cümhuriyyətinin tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix elmləri doktoru, dosent Vasif Qafarov "Anadolu hərəkatı və Azərbaycan", AMEA Tarix institutunun Dünya tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Yaqut Əmirova "Türkiyənin istiqlal mübarizəsinə Sovet Azərbaycanının maddi və mənəvi yardımı" mövzusunda, eləcə də digər tədqiqatçılar mövzuya uyğun məruzələrlə çıxış edəcəklər.

Anar Əliyev
Xəbəri paylaş