Ermənistan silahlı qüvvələri qoşunlarının təchizatı ilə məşğul olan hərbi hissənin komandiri, habelə onun əlaltıları barəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Newscenter-az xəbər verir ki, bu barədə Korrupsiyaya Qarşı Mübarizə Komitəsindən bildirilib.
İş ittiham aktının təsdiq edilməsi üçün prokurorluğa verilib.
Məlumata görə, hərbi hissə komandiri V.M. 19,7 milyon dram məbləğində rüşvətlə bağlı həbs edilib.
Qeyd olunurr ki, zabit toxuculuq fabriklərindən birinin direktoru V.E.-nin maraqlarına zidd hərəkətlərə görə 19,7 milyon dram məbləğində rüşvət tələb edib. Məbləğin bir hissəsi toxculuq direktoruna verilib.
İstintaqın məlumatına görə, bu şirkət 2023-cü ildə Müdafiə Nazirliyinə 70 min ədəd alt paltarı tədarükü üçün tenderin qalibi olub. Bu paltarların texniki tələblərə cavab vermədiyi məlum olub. Buna göz yummaq üçün hərbi hissə komandiri anbar müdiri vasitəsilə şirkətdən rüşvət olaraq 12 milyon dram tələb edib.
O da məlum oldu ki, bu, birinci cinayət əməli deyil. Analoji “xidmətlərə” görə 6,5 milyon və 1 milyon dram məbləğində rüşvət daha əvvəl - 2022 və 2023-cü illərdə ödənilib. Pul komandirə hissə-hissə - anbar müdiri vasitəsilə ötürülüb.
Cinayəti törədən şəxslər saxlanılıb, onlara qarşı ittiham irəli sürülüb, sonra həbs ediliblər.
Xatırladaq ki, oktyabrın 10-da Ermənistanda daha 4 hərbi hissə komandirinə cinayət işi açılıb. Hərbi hissə komandirləri V.G., A.M., M.P. və A.T. cinayət məsuliyyətinə cəlb olunub. Onlar döyüş növbətçiliyi və ya döyüş xidməti qaydalarının pozulması, həmçinin hərbi mövqelərə nəzarət etməməkdə ittiham olunurlar.
Anar Tağıyev