Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fransa müstəmləkəçiliyinə qarşı mübarizə komitəsinin yaradılması təklif olunur

Fransa müstəmləkəçiliyinə qarşı mübarizə komitəsinin yaradılması təklif olunur


Fransa müstəmləkəçiliyinə qarşı mübarizə komitəsinin yaradılması təklif olunur.

Newscenter.az xəbər verir ki, bunu "Afrika Mundus" şəbəkəsinin sədri Emmanuel Arqo Bakıda “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O, Azərbaycanın Fransa hökumətinin qeyri-qanuni davranışlarına qarşı mübarizəsini təqdir etdiyini bildirib: "Düşünürəm ki, biz konkret komitə yaratmalıyıq. Bu komitəyə həmçinin problemli insanlar da cəlb edilməlidir. Biz səylərimizi birləşdirməliyik".

Eyni zamanda E.Arqo kiçik bir kənddə bələdiyyə şurasının üzvü olduğunu da xatırladıb: "Bu bələdiyyəni sağçılar idarə edirlər. Mən sonuncu dəfə seçkilərdə iştirak edərkən insanlarımız bunun səbəbini soruşurdular. Çünki qaradərililərə göstərilən münasibətdən xəbərdar idilər. Mən də sağçıların reaksiyasının necə olacağını bilirdim. Onlar mənə deyirdilər ki, sən qarasan və susmalısan. Məni təhqir edib söydülər, əgər stolun altına keçməsəm, məni vuracaqdılar. Halbuki mən sakit şəkildə öz fikrimi bildirirdim".(report)
Xəbəri paylaş