Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İndoneziya rejissorunun Bakıda çəkdiyi “Leyli və Məcnun” yüksək reytinq qazanıb

İndoneziya rejissorunun Bakıda çəkdiyi “Leyli və Məcnun” yüksək reytinq qazanıb


İndoneziyalı rejissor Monti Tivanın Azərbaycanın paytaxtı Bakı şəhərində çəkdiyi, Leyla və Məcnunun əfsanəvi hekayəsindən bəhs edən “Leyli və Məcnun” filmi (2019-cu il) ölkənin “Netflix“də ən yüksək reytinqlə yayımlanan romantik ekran əsərləri arasında yer alıb.

Bu barədə Newscenter.az yerli mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, Leyli və Məcnunun əfsanəvi hekayəsindən ilhamlanan romantik film dinşünaslıq müəllimi Leyli ilə Azərbaycandan olan tələbə, onunla bir yerdə böyüyüb boya-başa çatmış Samirin sevgi hekayəsindən bəhs edir. Filmin süjet xəttinə əsasən İbn adlı şəxs onların nikahına mane olur.

Aktyor Reza Rahadian və aktrisa Aça Septriasanın canlandırdığı film iki əsas sənətçi arasında cəlbedici oyunu nümayiş etdirir.

Filmin süjet xətti Leyli və Məcnunun real sevgi hekayəsinə tam sadiq qalmasa da, ekran əsəri tamaşaçılara maraqlı zəminlə təsiredici romantik hekayəni təqdim etməyə nail olub.

Bakıda böyük ustalıqla çəkilmiş və Monti Tivanın unikal rejissorluğu da seyrçilərin filmdən zövq almasına şərait yaradır.

Filmin əsas rolları Aça Septriasa, Reza Rahadianla yanaşı, Baim Vonq, Dian Nitami kimi aktyorlar da oynayıblar.

Anar TAGİYEV
Xəbəri paylaş