Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə bağlanan şirkətlərin sayı artdı

Türkiyədə bağlanan şirkətlərin sayı artdı


Türkiyədə yeni təsis edilən, o cümlədən bağlanan şirkətlərin sayında artım qeydə alınıb.

Newscenter.az Türkiyənin Odalar və Birjalar Birliyinə (TOBB) istinadən bildirir ki, Türkiyədə yeni təsis edilən şirkətlərin sayı sentyabr ayında əvvəlki aya nisbətən 4,5 faiz artaraq 10 min 978-ə çatıb.

Eyni zamanda göstərilən müddət ərzində müxtəlif səbəblərdən bağlanan şirkətlərin sayı 17 faiz artaraq 2 minə çatıb. Bu ilin sentyabr ayında yeni təsis edilən şirkətlərin sayı keçən ilin eyni dövrü ilə müqyisədə isə 15,7 faiz azalıb. Hesabat dövründə bağlanan şirkətlərin sayı isə yüzdə 0,7 faiz artıb.

Natiq Orucov
Xəbəri paylaş