Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zəngilanın işğaldan azad olunması Qarabağ düyününün açılmasında həlledici oldu

Zəngilanın işğaldan azad olunması Qarabağ düyününün açılmasında həlledici oldu


Bu gün ölkəmizin füsnkar zonalarından biri olan Zəngilanın işğaldan azad edilməsinin ildönümüdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə işğaldan azad rayon və şəhərlər üçün xüsusi gün müəyyən edilib və bu gün həm də Zəngilan Şəhər Günüdür.

Newscenter.az-ın xəbərinə görə, sözügedən tarixi hadisəyə diqqət çəkən YAP Quba rayon təşkilatının fəalı Nigar Məmmədova deyib ki, Zəngilanın işğaldan azad olunması Qarabağ düyününün açılmasında həlledici oldu. Hakim partiya funksionerinin sözlərinə görə, Prezident İlham Əliyev bu xoş xəbərlərdən birini də 2020-ci il oktyabrın 20-də xalqa çatdırdı:

"Dövlət başçısı bildirdi ki, Şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə də daxil olub, girib və yaşayış məntəqələrinin azad olunması təmin edilib".

Nigar Məmmədova digər işğaldan azad olunan şəhər və rayonlarımız kimi Zəngilanın da yenidən qurulduğunu, abadlaşdırıldığını diqqətə çatdırıb.

Anar Əliyev
Xəbəri paylaş