Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qarabağdan gedən ermənilər Paşinyan üçün baş ağrısı olacaq

Qarabağdan gedən ermənilər Paşinyan üçün baş ağrısı olacaq


"Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşü ərəfəsində Yerevanda ermənilərin etirazlara qalxması və S. Şahmaryanın orada peyda olması Ermənistan və Azərbaycan arasında danışıqlar prosesini pozmağa hesablanıb. Etiraz aksiyaları N. Paşinyanın danışıqlarda geri addım atmasına gətirə bilər".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. Onun sözlərinə görə, Qarabağdan gedən ermənilər N. Paşinyan üçün baş ağrısı və Azərbaycanla danışıqlarda əngəl olacaq:

"Ona görə də Ermənistan müstəqil ölkə olmadığı üçün onun rəhbərliyi sülh müqaviləsinin bağlanmasına getməyə çəkinəcək. Brüssel görüşünə kimi bu kimi etirazlar davam edəcək. Ona görə də Azərbaycan sülh müqaviləsinin bağlanması üçün ilk növbədə bir müddət fasilə verməlidir".

Anar Əliyev
Xəbəri paylaş