Rusiya ordusunun Ukraynanın Xarkov vilayətində poçt terminalını atəşə tutması nəticəsində 6 nəfər ölüb, 14 nəfər yaralanıb.
Newscenter.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Xarkov Vilayət Administrasiyasının rəhbəri Oleh Sinehubov teleqramda bildirib.
“Zərərçəkənlər arasında vəziyyəti ağır olanlar da var. Həkimlər bütün lazımi yardımları göstərirlər”, - Sinehubov yazıb.
Ukrayna Prezidenti Volodimir Zelenski də teleqramda qeyd edib ki, Rusiyaya qarşı təzyiqlər artırılmalı və mülki infrastruktura yönələn həmlələrə ön xətdə əldə olunan nəticələrlə cavab verilməlidir.