Cari ilin ilk 10 ayı ərzində Türkiyədə 3,6 milyard TL dəyərində 8,8 ton narkotik ələ keçirilib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə Ticarət Nazirliyinin açıqlamasında qeyd iolunub. Nazirlikdən bildirilib ki, göstərilən müddət ərzində narkotik vasitələr də daxil olmaqla ümumilikdə, 18,8 milyard lirəlik qaçaqmalçılıq yolu ilə gətirilən mal və məhsullar aşkar edilib.
Ələ keçirilən mal və məhsullar sırasında narkotik vasitələr, yanacaq, tütün və tütün məmulatları, elektron siqaretlər, spirtli içkilər, tekstil məmulatları, qida məhsulları, qiymətli metallar, tavtomobil ehtiyat hissələri və s. yer alıb.
Anar TAGİYEV