Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda cinsi zorakılığa görə məhkum edilmiş şəxslərin pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilir

Azərbaycanda cinsi zorakılığa görə məhkum edilmiş şəxslərin pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilir


Azərbaycanda cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcəklər.

Newscenter.az-ın xəbərinə görə, bununla bağlı “Ümumi təhsil haqqında” qanuna dəyişiklik təklif edilir.

Dəyişikliklə qanunun 27.2.5-ci maddəsinə “və ya” sözlərindən sonra “cinsi” sözü əlavə olunur. Təklif olunan dəyişiklikdən sonra isə cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcəklər.

Qanunun hazırkı bəndində isə qeyd edilib ki, uşaqlara qarşı cinsi istismar və ya zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər.
Xəbəri paylaş