Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət Xidmətində uyğunluğu qiymətləndirən qurumlarla görüş keçirilib

Dövlət Xidmətində uyğunluğu qiymətləndirən qurumlarla görüş keçirilib


İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində malların, işlərin, xidmətlərin sertifikatlaşdırılmasını həyata keçirən akkreditasiya olunmuş 20-yə yaxın uyğunluğu qiymətləndirən qurumla akkreditasiya sahəsində qüvvədə olan qanunvericiliyin və normativ sənədlərin tələbləri, mövcud problemlər və həlli yollarına dair görüş keçirilib.

Newscenter.az xəbər verir ki, görüşdə akkreditasiya sahəsində qüvvədə olan normativ hüquqi aktların, o cümlədən AZS 498-2022 “Uyğunluğun qiymətləndirilməsi. Malların sertifikatlaşdırılması qaydası” dövlət standartının tələbləri, “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn layihələr barədə məlumat verilib.

Bundan əlavə, tədbirdə sertifikatlaşdırma sahəsində beynəlxalq təcrübə, uyğunluğun qiymətləndirilməsi sahəsində gələcək hədəflərə dair fikir mübadiləsi aparılıb.

Görüşün sonunda iştirakçıların sual və təklifləri dinlənilib, onlara müvafiq izahat verilib.

Sona
Xəbəri paylaş