Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fransanın Cənubi Qafqazla bağlı çirkin planı

Fransanın Cənubi Qafqazla bağlı çirkin planı


"Fransa öz çirkin siyasətini bu dəfə Cənubi Qafqazda davam etdirmək istəyir. Paris İrəvanı silahlandırmaqla təkcə Ermənistanı revanşizmə sürükləmir, eyni zamanda regionu yenidən qan gölünə çevirməyə çalışır. Başlıca hədəfi isə Ermənistan-Azərbaycan müharibəsi fonunda regionda öz maraqlarını təmin etməkdir".

Newscenter-az xəbər verir ki, bu fikirləri "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib.

İctimai birlik sədri deyib ki,
Afrikadan biabırcasına qovulan Fransa bu boşluğu Qafqazda doldurmağa çalışır:

"Fransa istəyir ki, Afrikadan çıxarılan hərbiçilərini regiona yerləşdirsin. Bir növ Paris Ermənistanın əli ilə öz müstəmləkəçilik siyasətini davam etdirir".

Anar Əliyev
Xəbəri paylaş