Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hər bir yenilik və dəyişiklik mütləq müqavimətə rast gəlir

Hər bir yenilik və dəyişiklik mütləq müqavimətə rast gəlir


"Son zamanlar sosiaıl mediada QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2024-cü il qrant müsabiqəsi elanı ətrafında ziddiyətli fikirlərə rast gəlinir. Əslində bəzi məqamları nəzərə almaqsaq bunu normal hesab etmək olar".

Newscenter.az xəbər verir ki, bu fikirləri QHT Agentliyinin Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov səsləndirib. Onun sözlərinə görə 2021-ci ildə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yaranması bu sahədə yeniləşmənin, dəyişmənin və yeni siyasətin formalaşacağından xəbər verirdi:

"Hər bir yenilik və dəyişiklik isə mütləq müqavimətə rast gəlir. Dəyişiklik nəzəriyyələrinə görə bu müqavimət və fikir ayrılıqları normaldır, müqaviməti azaltmaq və konsesusa gəlmək üçün isə müzakirələrə ehtiyac vardır. Nazirlər Kabinetinin 327 saylı qərarı ilə QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən qrant müsabiqələrin keçirilməsi qaydası, qrant məbləğinin müəyyən edilməsi meyarları və hər bir mövzu üzrə qrant məbləğinin yuxarı həddi təsdiqləndi. Əslində 2021-ci ildən hazırlığı başlayan bu qaydaların bütün maraqlı tərəflərlə müzakirəsi və bu ilin sentyabrda təsdiqi bu sahədə islahatların nə qədər ciddi olacağından xəbər verir. Bu qaydalar imkan verəcək ki, bu sahəyə ayrılan vəsait daha səmərəli və effektiv şəkildə istifadə olunsun".

Agentlik rəsmisi qeyd edib ki, bu qaydalar və mövcud reallıqlar isə qrantların verilməsində yeni yanaşmanın, çevikliyin və səmərələliyin vacibliyini tələb edir:

"QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2024-cü il qrant müsabiqəsinin mövzuları və şərtləri bu tələbləri nəzərə alaraq tərtib olunub, müzakirə edilib və müzakirəsidə müxtəlif formalarda, o cümlədən infosesiyalar vasitəsilə davam edir. Yeni yanaşmanın tədbiqi isə həmişə suallar və təkliflərlə sınaqdan çıxarılır, təkmilləşir. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının bir üzvü kimi əminəm ki, QHT-in və bu sahədə çalışan ekspertlərin verdiyi heç bir təklif kənarda qalmayacaq, daha səmərəli və günün tələblərinə cavab verən təkliflər nəzərə alınacaq, prosedurlar və yanaşmalar təkmilləşəcək".

Anar Əliyev
Xəbəri paylaş