İranda baş verən zəlzələ Naxçıvan ərazisində də hiss olunub.
Newscenter.az-ın məlumatına görə, "Report"un yerli bürosu xəbər verir ki, yerli vaxtla saat 10:06-da İranın Xoy şəhəri yaxınlığında zəlzələ qeydə alınıb.
Maqnitudası 3,2, dərinliyi isə 92 km olan yeraltı təkan Naxçıvan Muxtar Respublikasında da 3 bala qədər hiss olunub.