Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İştirakçı ölkələr arasındakı problemlər 3+3 formatının perspektivlərini sual altına alır

İştirakçı ölkələr arasındakı problemlər 3+3 formatının perspektivlərini sual altına alır


“Bildiyiniz kimi, 3+3 formatı Azərbaycanın 44 günlük müharibədə qazandığı böyük qələbədən sonra regionda yaratdığı yeni reallığın doğurduğu zərurət idi. Bu formata aid edilən Cənubi Qafqazın üç dövləti, həmçinin Türkiyə, Rusiya və İranın qarşılıqlı faydalı əməkdaşlığı regionda siyasi-iqtisadi sabitliyin bərqəra olmasında mühüm rol oynaya bilər".

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Əlabbas Məhərrəmli Tehranda baş tutacaq 3+3 formatında görüşün mümkün nəticələrindən danışarkən səsləndirib. Ekspert daha sonra qeyd edib:

"Ancaq bildiyiniz kimi, formatda təmsil olunan bir sıra ölkələrin öz aralarında mövcud olan kəskin ziddiyyətlər onların problemsiz əməkdaşlıq ehtimalını çox zəiflədir. Elə Gürcüstanın Tehran görüşündə təmsil olunmaqdan imtina etməsi də bunun göztəricisidir. Yəni Gürcüstan onun ərazisini işğal edən Rusiya ilə eyni formatda olmağı düşünmür".

Əlabbas Məhərrəmli bildiirb ki, eyni zamanda, Azərbaycan-Ermənistan, Azərbaycan-İran, Türkiyə-Ermənistan münasibətlərindəki məlum problemlər də bu formatın perspektivlərini sual altına alır:

"Ona görə də 3+3 formatının gələcəyi haqda əminliklə danışmaq hələ tezdir”.

Anar Əliyev
Xəbəri paylaş