Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qərb koalisiyasında müəyyən çatlar hiss edilsə də, bu, prinsipial fikir ayrılığı deyil

Qərb koalisiyasında müəyyən çatlar hiss edilsə də, bu, prinsipial fikir ayrılığı deyil


Istər Yaxın Şərq, istərsə də Ukrayna məsələsində Qərb koalisiyasında müəyyən narazılıqların olduğu müşahidə edilməkdədir. Yaranan situasiya isə heç şübhəsiz ki, belə bir vəziyyətdə Rusiyaya kömək edir. Bəs, proses dərinləşərsə, Rusuya Ukrayna üzərində tam qələbə qazana bilərmi?

Newscenter.az-ın xəbərinə görə, politoloq Azər Qasımov deyir ki, Qərb koalisiyasında müəyyən çatlar hiss edilsə də, bu, prinsipial fikir ayrılığı deyil:

"Hər kəsin Rusiyanın Ukrayna üzərində qələbə çalmasının mümkünsüzlüyünü və Ukraynaya dəstəyin davam etdirilməsində həmfikir olduğu qeyd etmək lazımdır. ABŞ-da prezident seçkiləri yaxınlaşdıqca irəli sürülən, guya "Qərb Ukraynanı Rusiya ilə məcburi sülhə razı edəcəkdir "- fikri, hesab edirəm ki, yanlış fikirdir. Hər kəs yaxşı başa düşür ki, Rusiyanın qələbəsi durumunda məsələ Ukrayna ilə bitməyəcək. Rusiyanın ambisiyaları böyükdür. Odur ki, hesab edirəm Ukraynanı bu müharibədən ancaq hansısa fövqəladə durum, məsələn Yaxın Şərq müharibəsinin həddən artıq uzanması məğlub çıxara bilər. Amma böyük ehtimalla bu da mümkün deyil".

Azər Qasımov daha sonra deyib:

"Məsələ ondadır ki, Amerikanın belə ciddi durumlarda təhlükəsizlik konsepsiyası işə düşər. Bu da bütün Amerika iqtisadiyyatının müharibəyə köklənməsi ilə nəticələnər ki, Amerika hərbi sənayesi yaranması hesab edilən silah-sursat qıtlığını aradan qaldırar".

Anar Əluyev
Xəbəri paylaş