Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rəqəmsal cəmiyyət informasiya texnologiyalarının inkişafı ilə davamlı olaraq dəyişir

Rəqəmsal cəmiyyət informasiya texnologiyalarının inkişafı ilə davamlı olaraq dəyişir


"Rəqəmsal Vətəndaş" konsepsiyası bir çox ölkədə inkişaf etdirilir. Bəs Azərbaycanda bu barədə konsepsiya varmı? Nədir bu Rəqəmsal Vətəndaş? Texnologiya dövründə yaşayırıq, satış və xidmətlərdə bir çox texnologiya həlləri var. Dövlət qurumları xidmətlərini rəqəmsal müstəviyə keçirir. "Rəqəmsal Hökumət"-in quruculuğu istiqamətində xeyli işlər görülür. Ağıllı şəhər və kəndlər qurulur, qısacası ölkəmizdə rəqəmsallaşma sahəsində çoxşaxəli işlər görülsə də, "Rəqəmsal Vətəndaş" barədə bir konsepsiya, bir fikir səsləndirən hələ olmayıb. Hər bir halda bu proses təkcə ölkəmizlə əlaqəli deyil, gedişat odur ki, dünyada yeni bütöv bir nəsil-rəqəmsal nəsil yetişir.

Rəqəmsallığın inkişafı üçün təbii ki, ilk öncə "Rəqəmsal Savadlılıq" olmalıdır, sonra "Rəqəmsal Bacarıqlar" səriştəliklər əldə edilməlidir ki, "Rəqəmsal Vətəndaş" və "Rəqəmsal Cəmiyyət" anlayışına keçə bilək. Nəhayətində "Rəqəmsal Hökumət" varsa, rəqəmsal vətəndaş da olmalıdır. Rəqəmsal transformasiyanın mərhələlərini bu formada zəncirvarı düşünə bilərik.

Rəqəmsal Savadlılıq və Rəqəmsal Bacarıqlar bir-birindən fərqlənir. Savadlılıq məlumat əsaslıdır, bacarıq isə daha çox peşə mənimsəmə müstəvisində ələ alınır. İnsanların rəqəmsal texnologiyalardan istifadə edərək məlumatları axtarmaq, yaratmaq, paylaşmaq və qiymətləndirmək bacarığıdır. Bu bacarıqlar müasir dünyada uğur qazanmaq üçün vacibdir. Rəqəmsal savadlılığa malik olan insanlar rəqəmsal alətlər haqqında məlumatlı olur. Lakin Rəqəmsal bacarığı olan insanlar isə bu alətləri effektiv istifadə edərək öz öyrənmə və inkişaf proseslərini idarə edirlər. Rəqəmsal Savadlılıq həm fərdi, həm də kollektiv səviyyədə faydalıdır. Fərdi səviyyədə rəqəmsal savadlı insanlar öz maraqlarına uyğun mühit yarada bilirlər, öz fikirlərini ifadə edirlər və digərləri ilə əlaqə qururlar. Kollektiv səviyyədə isə rəqəmsal savadlı insanlar komanda olaraq işləyirlər, müxtəlif mühazirələrə qatılır, elmi inkişaf edirlər və bir çox sahələrdə problemləri həll edirlər. Rəqəmsal bacarıqların iş və təhsil sahələrində müxtəlif faydalar və üstünlükləri var. Məsələn, rəqəmsal bacarıqlara malik olan şəxslər, daha yaxşı karyera imkanlarına sahib ola bilərlər.

"Rəqəmsal Vətəndaş"-lıq rəqəmsal inkişafın yaşandığı bu dövrdə vətəndaşların hüquqlarını və imkanlarını təmin etmək məqsədi ilə tətbiq edilən bir konseptdir. Rəqəmsal vətəndaş onun hüquqlarını və vəzifələrini həyata keçirmək üçün istifadə etdiyi elektron xidmətlərin və elektron hökumətin keyfiyyətli şəkildə istifadə edən bir şəxsin adını, həmçinin cəmiyyətin bütün sahələrində iştirakını təmin edən qabiliyyətini ifadə edir. Həmçinin bu anlayışı ölkə vətəndaşlarının rəqəmsal texnologiyaların istifadəsi ilə birlikdə dövlət tərəfindən təqdim edilmiş xidmətlər və imkanlarla vətəndaşlara daha yaxşı xidmət göstərməsini təmin edilməsi məqsədilə hazırlanmış bir proqramdır. Bu anlayışın əsas məqsədi dövlət və vətəndaşlar arasında daha münbit əlaqələr yaratmaqdır. Bir cümlə ilə ifadə etsək, Rəqəmsal vətəndaş informasiya texnologiyalarından istifadə edərək cəmiyyətdə, həyatın bütün sahələrində özünün həyat fəaliyyətini təşkil edir və tənzimləyir.

Rəqəmsal vətəndaşlığın əsas məqsədləri İnformasiya əlaqəsi və ictimai, elektron xidmətlər, demokratik iştirak, məlumat təhlili vs. Üstünlükləri əlçatanlıq, sürətlilik, dəqiqlik, effektivlik vs.. Rəqəmsal vətəndaşlığın riskləri də mövcuddur, buna gizlilik, təhlükəsizlik vs. kimi risklər daxildir.

"Rəqəmsal Cəmiyyət" anlayışı XXI əsrin başlanğıcında ortaya çıxan bir konseptdir. Bu anlayışa görə, rəqəmsal texnologiyaların inkişafı insanların həyatını dəyişdirir və cəmiyyətdə yeni bir mühit yaradır.

Rəqəmsal cəmiyyət informasiya və rəqəmsal texnologiyaların yayılması ilə böyük ölçüdə dəyişdiyi bir fenomendir. Bu cəmiyyət informasiya texnologiyalarının geniş istifadə edildiyi bir həyat tərzi və informasiya təbliği sahəsini əhatə edir. İnternetin, smart cihazların, sosial media platformalarının və e-pulu idarə etmənin cəmiyyətin həyatında böyük bir rol oynadığı bir dövrdür. Artıq insanlar internet vasitəsilə dünya çapında əlaqə qura, məlumat əldə edə və hətta işləyə bilirlər. Smart cihazlar həyatımızın bir hissəsi halına gəlmişdir və onları istifadə etmək həyatımızı asanlaşdırır. Sosial media platformaları, insanlara dünya ilə daha geniş bir şəkildə əlaqə yaratmağa və informasiya paylaşmağa imkan verir. Bu, insanların öz fikirlərini, düşüncələrini və həyatlarını başqalarına açmağını təmin edir.

Rəqəmsal cəmiyyət informasiya texnologiyalarının inkişafı ilə davamlı olaraq dəyişir və inkşaf edir. Bu, insanların həyat tərzi, işləmə tərzi və əlaqələrini dəyişdirməklə birlikdə, yeni inkişafların və imkanların da yaradılmasına nail olur.

Elvin Abbasov-"Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası" İctimai Birliyinin sədri
Xəbəri paylaş