Yaxın Şərqdə baş verənlər, İsrail-HƏMAS qarşıdurması Rusiyanın işinə yaraya bilər. Belə ki, Qərbin, Birləşmiş Ştatların əsas diqqətinin regiona yönəlməsi və Ukraynanın diqqətdən kənar qalması Moskvanın Kiyevə qarşı hücumlarını daha da sərtləşdirə bilər.
Ancaq AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu isə hesab edir ki, İsrail-HƏMAS qarşıdurması heç də Ukraynanı unutdurmayıb. Newscenter.az-ın xəbərinə görə, Əli Oruclu deyib ki, Qərb ölkələri Ukraynaya silah sursat və vacib infrastrukturun bərpası üçün külli miqdarda vəsait ayırırlar. Onun sözlərinə görə, Rusiyanın çökdürülməsi Qərbin özünü də Rusiya təhlükəsindən xilas edir:
“Odur ki, İsrail-HƏMAS müharibəsi regional məna daşıyrsa, Ukrayna-Rusiya müharibəsi qlobal xarakterlidir və bunu gedişatı və nəticələri çox ciddi perspektivlərə hesablanıb”.
AMİP funksionerinin qənaətincə, Rusiya çox istərdi ki, Yaxın Şərqdəki vəziyyət daha da mürəkkəbləşsin, dünyada neftin qiyməti bahalaşsın və Rusiya neftinə tələbat yaransın:
“Amma İsrail-HƏMAS müharibəsini düşünürəm ki, tezliklə dayandırmaq mümkün olacaq”.
Anar Əliyev