Bu ilin 9 ayında Türkiyədən 87 ölkəyə, muxtar respublika və qurumlara nəqliyyat vasitələri ixrac edilib.
Newscenter.az Türkiyənin Statistika Təşkilatına istinadən bildirir ki, bu sahə üzrə ixracatda əsas yeri kiçiktutumlu ticari avtomobillər, pikap və yük avtomobilləri təşkil edib.
Məlumatda bildirilib ki, ixracın təqribən 1/4-I ilə Böyük Britaniya ön sırada yer alıb.
Lakin keçən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 9 ayında Böyük Britaniyaya ixracat azalıb. Belə ki, 2022-ci ilin yanvar-sentyabr dövründə Böyük Britaniyaya 1 milyard 15 milyon 540 min dollarlıq “yük daşımaq üçün motorlu nəqliyyat vasitələri” ixrac edildiyi halda, bu ilin eyni dövründə bu rəqəm 824 milyon 206 min dollar azalıb.
Mehman Mehdiyev