Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə 9 ayda 3,5 milyard dollar dəyərində avtomobil ixrac edib

Türkiyə 9 ayda 3,5 milyard dollar dəyərində avtomobil ixrac edib


Cari ilin 9 ayında Türkiyədən 3 milyard 480 milyon 497 min dollar dəyərində nəqliyyat vasitəsi ixrac edilib.

Newscenter.az Türkiyənin Statistika Təşkilatına istinadən bildirir ki, qeyd edilən dövrdə ən çox ixrac Böyük Britaniyaya edilib, ikinci yerdə Sloveniya, sonrakı yerləri isə Fransa və İtaliya tutub.

İxracda əsasən, kiçiktutumlu yük avtomobilləri, eləcə də yük daşımaq üçün olan və TIR qrupuna aid edilən motorlu nəqliyyat vasitələri daxildir.

Məlumatda qeyd edilir ki, bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə bir qədər çoxdur.


Natiq Orucov
Xəbəri paylaş