Türkiyədə daha 14 FETÖ-çü ölkədən qaçmağa cəhd göstərərkən həbs edilib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, şübhəlilər Antalyanın Kəmər rayonunda saxlanılıblar. FETÖ üzvü olduğu iddia edilən 14 şübhəli dəniz yolu ilə xaricə qaçmaq istəyərkən xüsusi əmıliyyat nəticəsində ələ keçirilib.
Terror şəbəkəsi üzvlərinin Phaselis Körfəzindən dəniz yolu ilə xaricə qaçmağa çalışdıqları bildirilib. Saxlanılanlar arasında keçmiş qərargah polkovnikləri, baş leytenantlar və kiçik zabitlər olub.
Anar TAGİYEV