Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

3+3 formatı əhəmiyyətli platformadır

3+3 formatı əhəmiyyətli platformadır


"Ötən gün Tehranda 3+3 formatında keçirilən görüş regional problemlərin aradan qaldırılması və Cənubi Qafqaz ölkələrinin birgə əməkdaşlığının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Ancaq bir şərtlə ki, bu əməkdaşlıqda səmimiyyət olsun".

Newscenter-az xəbər verir ki, bu fikirləri "Milli İnkişaf" ictimai birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai birlik sədri deyib ki, Tehranda sözügedən görüşün keçirildiyi bir vaxtda Ermənistanın Fransa ilə hərbi əməkdaşlıq barədə saziş imzalaması, ilk növbədə İrəvanın 3+3 formatında əməkdaşlıqda səmimi olmadığını ortaya qoyur:

"Əslində isə 3+3 formatı kənar qüvvələrin müdaxiləsi olmadan Cənubi Qafqazda mövcud problemlərin region ölkələrinin özlərinin həll etməsi, bu məqsədlə birgə əməkdaşlığa nail olmaları baxımından əhəmiyyətli platformadır".
Arzuman Muradlı hesab edir ki, ilk görüşdən Ermənistanın sərgilədiyi mövqe İrəvanın 3+3 formatından uzaqlaşacağı qənaəti yaradır:

"Görünən odur ki, Ermənistan konkret olaraq regionda qarşılıqlı faydalı əməkdaşlıq deyil, qarşıdurma, savaşdan yanadır.

Anar Əliyev
Xəbəri paylaş