Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vergi gəlirlərinin artması iqtisadiyyatın güclənməsini nə dərəcədə təsir göstərir?

Vergi gəlirlərinin artması iqtisadiyyatın güclənməsini nə dərəcədə təsir göstərir?


2026-cı ilin ilk 9 ayında büdcəyə Dövlət Vergi Xidmətinin xətti ilə 13,63 milyard manat vergi daxil olub. Bu, ötən ildən 9,4% çoxdur. Qeyri-neft-qaz sektorundan daxilolmalar isə 12,6% artaraq 10,33 milyard manata çatıb.

Newscenter.az xəbər verir ki, bunları iqtisadçı ekspert Əyyub Kərimli deyib. Onun sözlərinə görə, diqqətçəkən məqam ondan ibarətdir ki, vergi gəlirlərindəki əlavə artımın təxminən 98,7%-i qeyri-neft-qaz sektorunun payına düşür:

"Bu, büdcənin qeyri-neft gəlir bazasının güclənməsi baxımından müsbət nəticədir. Lakin vergi daxilolmalarının artması istehsalın da eyni sürətlə böyüməsi demək deyil. Qiymət artımı, dövriyyənin rəsmiləşməsi və vergi yığımının yaxşılaşması da bu rəqəmlərə təsir edə bilər".

İqtisadçının qənaətincə, vətəndaş üçün əsas məsələ isə budur ki, artan büdcə gəlirləri daha keyfiyyətli xidmətlərə, sosial təminata və rifaha necə çevriləcək?


"Vergi artımının dayanıqlı əsası müəssisələrin böyüməsi, yeni iş yerləri və istehsalın genişlənməsi olmalıdır. Büdcənin güclənməsi vətəndaşın həyatında da hiss edilməlidir".

Süleyman
Xəbəri paylaş