Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli Məclisdə Azərbaycan–Albaniya parlamentlərarası əlaqələri müzakirə olunub

Milli Məclisdə Azərbaycan–Albaniya parlamentlərarası əlaqələri müzakirə olunub



Milli Məclisdə Albaniya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Besart Kadia ilə Azərbaycan–Albaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri deputat Elman Nəsirovun görüşü keçirilib. Görüşdə Albaniya tərəfindən səfirin müşaviri Dorian Koçi, Azərbaycan tərəfindən isə işçi qrupunun üzvləri olaraq, komitə sədrinin müavini, deputat Azər Badamov və deputat Aydın Hüseynov iştirak edibdir.

Newscenter.az xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Albaniya Respublikasının Prezidenti Bajram Beqay, eləcə də Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Albaniya Parlamentinin sədri Niko Peleshi tərəfindən ölkələrimiz arasında hərtərəfli əlaqələrin inkişafına xüsusi əhəmiyyət verildiyi və bu istiqamətdə ciddi praktiki addımların atıldığı vurğulanıb.

Söhbət zamanı Azərbaycan ilə Albaniya arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı səfərlərin və təcrübə mübadiləsinin artırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər siyasi, iqtisadi, enerji, nəqliyyat, turizm və humanitar sahələrdə əməkdaşlığın inkişafı, eləcə də iki ölkənin qanunverici orqanları arasında əlaqələrin daha da gücləndirilməsinin əhəmiyyətini qeyd ediblər.

Süleyman
Xəbəri paylaş