Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

9 ayda dövlət büdcəsindən 254,5 milyon manat geri qaytarılıb

9 ayda dövlət büdcəsindən 254,5 milyon manat geri qaytarılıb


2026-cı ilin yanvar-sentyabr ayları ərzində dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 254 milyon 453,6 min manat məbləğində vəsait geri qaytarılıb.

Newscenter.az-a Maliyyə Nazirliyindən bildirilib ki, geri qaytarılan vəsaitlər fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə sahəsində aldıqları mallara, mədəniyyət (teatr, kino, muzey, konsert), tibbi xidmətlərə, o cümlədən işğaldan azad edilmiş ərazilərdəki mehmanxana xidmətlərinə, habelə əcnəbilər tərəfindən ölkə ərazisində istehsal və kommersiya məqsədi daşımayan malların alınmasına ödənilmiş ƏDV-nin qaytarılmasına aiddir.

Bununla yanaşı, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsi, həmçinin artıq ödənilmiş digər vergilər, dövlət rüsumu, faizlər və maliyyə sanksiyaları da geri qaytarılıb.

Süleyman
Xəbəri paylaş