Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İndiki gənclərin böyük əksəriyyətinin danışıq qabiliyyəti yoxdur

İndiki gənclərin böyük əksəriyyətinin danışıq qabiliyyəti yoxdur


"İndiki gənclərin çox böyük əksəriyyətinin danışıq qabiliyyəti yoxdur. Savadlı görünənlərin belə çoxu nə normal danışa, nə də fikrini akademik şəkildə ifadə edə bilir. Söhbət xarici dildən getmir öz ana dilimizdən gedir. Gənclər başqa dil öyrənməyə başlayanda bu savadsızlıq daha da açıq görünür".

Newscenter.az xəbər verir ki, bunları təhsil ictimaiyyətinin nümayəndəsi, xarici dil müəllimi Kəmalə Bayramova deyib. Onun sözlərinə görə, ölkədə milyonlarla tələbə universitet, texnikum, hətta orta məktəb oxuyur, amma nəticədə fikrini düzgün ifadə edə bilməyən bir nəsil yetişir:

"Kitab oxuyan yoxdur. Oxunan kitabların böyük hissəsi də keyfiyyətsizdir. Televiziyanın səviyyəsi ortadadır. Sosial media isə düşünmək, öyrənmək və inkişaf etmək əvəzinə, “telefonda hoqqa verib pul qazanmaq” yarışına çevrilib.

Savad, mütaliə, dünyagörüşü, düzgün danışıq və düşüncə isə arxa plana atılıb. Ən təhlükəlisi də budur".

Süleyman
Xəbəri paylaş