
"2026-cı il oktyabrın 2-də Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayı keçirilmişdir. Bu qurultayı əvvəlkilərdən fərqləndirən əsas tarixi məqam ondan ibarətdir ki, YAP ilk dəfə olaraq Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra toplaşmışdır. Azərbaycan Respublikasının Prezidenti, YAP Sədri İlham Əliyevin qurultayda söylədiyi nitq isə sadəcə partiya fəaliyyətinin hesabatı deyil, ölkənin yeni tarixi şəraitdə inkişaf istiqamətlərini müəyyənləşdirən strateji bir proqram sənədi xarakteri daşımışdır.
Qurultaya YAP-ın rayon və şəhər təşkilatları tərəfindən 960 nümayəndə seçilmişdi. Hazırlıq çərçivəsində sentyabrın 7-dən 19-dək partiyanın 84 yerli təşkilatında keçirilən hesabat konfranslarında ümumilikdə 16 239 nəfər iştirak etmiş, VII Qurultaydan sonra qarşıya qoyulan vəzifələrin icrası müzakirə olunmuşdur. Qurultayın Heydər Əliyev Mərkəzində keçirilməsi isə Prezident İlham Əliyevin müasir dövlət strategiyasını Ümummilli Liderin siyasi irsi ilə əlaqələndirməsinin rəmzi təzahürü kimi qiymətləndirilmişdir".
Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Əlirza Abdullayev deyib. O bildirib ki, Prezident İlham Əliyev qurultayda çıxışı zamanı xarici siyasət strategiyasına dair də mühüm mesajlar vermişdir.
Anar












































