Məhkumlar məzuniyyətə buraxılıb.
Newscenter.az bildirir ki, “Unikal”ın əldə etdiyi məlumata görə, Penitensiar xidmətin qapalı cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlar sərbəst şəkildə ailə üzvlərinin yaşadığı ünvanlara bir neçə günlük qısa müddətli səfərə buraxılıblar.
Səfərlər zamanı məhkumları həbsxana əməkdaşları müşayiət etməmiş, məhkumlar yaxınları ilə görüşmüş, təqribən 7-8 gün onlarla birlikdə vaxt keçirdikdən sonra özləri də sərbəst şəkildə saxlanıldıqları həbsxanalara geri qayıtmışlar.
Məlumatımıza əsasən, indiyədək 8 nəfər məhkum ailə üzvlərini ziyarət etmiş və geri qayıdıb.
Xəbəri Penitensiar Xidmətdən təsdiqləyiblər.