Türkiyədə bələdiyyə binasında yanğın başlayıb.
Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, hadisə Konyanın Karatay Bələdiyyəsinin binasında baş verib.
Bələdiyyə binasının çardağında baş verən yanğına müdaxilə etmək üçün əraziyə 7 yanğınsöndürən maşını və çoxlu sayda qruplar cəlb olunub.
Yanğınsöndürmə işlərini yaxından izləyən bələdiyyə sədri Həsən Kılca jurnalistlərə verdiyi açıqlamada yanğına binanın yeməkxanasından qalxan qığılcımın səbəb olduğunu deyib.
Anar TAGİYEV