"Bu, bizim qəti mövqeyimizdir. Qısa müddətdə sülh sazişi imzalanmalı və Fələstin müstəqil dövlət olmalıdır".
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. Jurnalistlərə verdiyi açıqlamada Kreml sözçüsü HƏMAS-ın da öz növbəsində bütün girovları azad etməsinin vacibliyini dilə gətirib.
Peskov HƏMAS-ın əlində rus girovların da olduğunu deyib və vurğulayıb ki, Rusiya vətəndaşlarının necə və nə vaxt sərbəst buraxılacağına dair hələ dəqiq məlumatı yoxdur:
"Burada təxmini hesablamalar vermək düzgün deyil, dəqiq rəqəm deyə bilmərəm”, deyə-Peskov vurğulayıb. Peskov onu da deyib ki, Rusiya Federasiyası terrorizmin bütün formalarını qəti şəkildə qınayır.
Mehman Mehdiyev