Bu ilin sentyabr ayında qlobal polad istehsalında azalma qeydə alınıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, polad istehsalında azalma 1,5 faiz həcmində qeydə alınıb. Nəticə etibarilə keçən ay cəmi 149,3 milyon ton polad istehsal olunub.
Türkiyədə polad istehsalı isə bu ilin sentyabr ayında keçən ilin eyni dövrü ilə müqayisədə 8,4 faiz artıb. Nəticədə keçən ay Türkiyədə 2,9 milyon tona polad istehsal edilib.
Dünyanın ən böyük polad istehsalçısı olan Çində də qeyd edilən müddətdə polad istehsalı 5,6 azalaraq 82,1 milyon tona enib.
Cari ilin 9 ayı ərzində isə qlobal polad istehsalı keçən ilin eyni dövrü ilə müqayisədə 0,1 artaraq 1 milyard 406 milyon tona çatıb.
Natiq Orucov