Şimali Kipr Türk Respublikasında Şəhid Caner Gönyelinin xatirəsinə həsr olunan axtarış-xilasetmə təlimi keçirilib.
Newscenter.az Türkiyənin Fövqəladə Halların İdarəedilməsi Agentliyinə istinadən verdiyi xəbərə görə, təlimin ilk günündə quru əməliyyatları həyata keçirilib. Təlimdə Azərbaycan da daxil olmaqla 7 müşahidəçi ölkə iştirak edir.
Təlimin ilk günündə qəzaya uğrayan sərnişin təyyarəsi üçün şərti xilasetmə əməliyyatı təşkil edilib. Ssenariyə görə, təyyarə İzmir ilə Ercan hava limanı arasında sərnişin daşıyırdı, lakin qısa müddət sonra qəza siqnalı verilir və təyyarə ilə əlaqə kəsilir. Siqnalla ŞKTR-dəki axtarış-xilasetmə mərkəzi hərəkətə keçir və Türkiyədən dəstək istənilir.
Türkiyə təlimə bir axtarış-xilasetmə təyyarəsi, iki axtarış-xilasetmə helikopteri, bir Bayraktar TB2 İHA və bir axtarış-xilasetmə qrupu ilə dəstək verir.
Məlumat üçün qeyd edək ki, şəhid leytenant Caner Gönyeli təlimi bu il sayca 19-cu dəfə Şimali Kipr Türk Cümhuriyyətində keçirilir.
Mehman Mehdiyev