Türkiyənin ixracatı son 20 ildə 7 dəfə artıb.
Newscenter.az xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Ömər Polat deyib. Nazir Türkiyənin ixracatının 45 faizinin inkişaf etmiş ölkələrə olduğunu söyləyib:
"41 il iş dünyasında çalışan biri kimi bunu fəxrlə deyə bilərəm ki, 200-dən çox ölkəyə 11500 adda məhsul çeşidi satırıq".
Ömər Polat ixracatda əsas ön yerləri Amerika, Kanada və İngiltərənin tutduğunu diqqətə çatdırıb:
"İxracımızın 60 faizi bu ölkələrədir. Bu o deməkdir ki, biz məhsulu yüksək keyfiyyətlə və rəqabətədavamlı qiymətə hazırlayıb sata bildiyimiz üçün insanlar onu alır".
Natiq Orucov