Avstraliya Ukraynaya 20 milyon dollar əlavə hərbi yardım etməyi qırarlaşdırıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə qərarı Avstraliya hökuməti verib. Qərara əsasən, Avstraliya Ukraynaya 20 milyon dollar dəyərində yerli istehsal olan hərbi texnika göndərəcək.
Bura Avstraliyanın müdafiə sənayesi şirkətləri olan DroneShield, Micro-X, Minelab və SPEE3D tərəfindən istehsal olunan portativ rentgen cihazları, 3D metal printerlər, pilotsuz uçuş aparatları və minatəmizləmə avadanlıqları daxildir.
Bununla da Rusiya-Ukrayna müharibəsi başlayandan indiyə qədər Avstraliyanın Kiyevə vermiş olduğu yardımın dəyəri 910 milyon dollara çatıb.
Mehman Mehdiyev