Bu gün saat 08:30 radələrində Çarxı stansiyası yaxınlığında ADY-yə məxsus elektrovoz hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 90-FR-207 olan “Mercedes” markalı avtomobil dəmiryol keçidində qəflətən qatarın qarşısına çıxıb.
Newscenter.az Səhmdar Cəmiyyətə istinadən bildirir ki, toqquşma nəticəsində xəsarət alan olmayıb, elektrovozun müəyyən hissələri zədələnib, dəmiryol infrastrukturuna ziyan dəyib.
ADY nəqliyyat vasitələri sürücülərini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə çağırır.
Bildirilir ki, dəmiryol keçidlərindən keçən zaman diqqətli olun! Qaydaları pozan sürücülər sadəcə 100 AZN məbləğində cərimələnmir, özünün və sərnişinlərin həyatını da riskə atırlar.
R.Mehdiyeva