Dövlət Gömrük Komitəsi (DGK) yeni Gömrük İnkişaf Modelini hazırlayıb.
Newscenter-az xəbər verir ki, bu model özündə 7 əsas komponenti (İstiqamət, Novator, Keyfiyyət, İşgüzar, Şəffaf, Asan, Faydalı) əks etdirir.
Yeni Gömrük İnkişaf Modelinə görə, əsas məqsəd düzgün istiqamətdə hərəkət edib, novator olaraq, keyfiyyətə diqqət yetirərək, işgüzar davranıb vətəndaşlar və biznes subyektləri üçün şəffaf, asan və faydalı gömrük həlləri ərsəyə gətirməkdir.
Artıq yeni modelin mahiyyəti və məğzi vətəndaşlar və sahibkarlar üçün əlçatan olsun deyə müxtəlif ticarət və ictimai iaşə yerlərində yerləşdirlib.
Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar fonunda DGK-nın belə bir modelə keşməsi aparılan şəffaflaşma prosesinin tərkib hissəsi və islahatlara mühüm töhfə kimi qiymətləndirilir.
Gömrük orqanlarında aparılan rəqəmallaşma və şəffaflaşma prosesində indiyə qədər 10-a yaxın layihənin icrası tamamlanıb, bir o sayda da layihənin icrası davam edir və ya reallaşdırılması planlaşdırılır.
Anar Tağıyev