“Ordu Qəzzaya girərsə, çoxlu itki verəcək”.
Newscenter.az xəbər verir ki, bu fikirləri İsrailin istefada olan general-mayoru İtzhak Brik yerli mətbuata verdiyi açıqlamda səsləndirib.
İ.Brik ordunun Qəzza zolağına quru müdaxiləsi həyata keçirməməsini tövsiyə edib. O bildirib ki, əgər İsrail ordusu Qəzzaya girsə, o halda ciddi itkilərlə üzləşəcək və savaç aylarla davam edəcək:
“Mən Baş nazir Benyamin Netanyahuya quru əməliyyatını gözləməyi tövsiyə etdim, çünki ordu hələ hazır deyil” deyə- o vurğulayıb.
Brik deyib ki, fələstinlilər çoxdan hücum edəcəyimizi bilir və Qəzzanın müdafiəsinə hazırdırlar. Brik İsrail qüvvələrinin Qəzzada tank əleyhinə silahlar, minalar və digər partlayıcı materiallarla qarşılaşacağını söyləyib.
Sonra general olnu da deyib ki, Qəzzaya müdaxilə regional müharibəyə çevrilə bilər.
Anar Əliyev