7 oktaybr tarixindən İsrail tərəfindən Qəzzaya həyata keçirilən hücumlar nəticəsində 600 min insan öz evindən didərgin düşüb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə məlumatı Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər İdarəsi (UNRWA) yayıb.
Qurumun “Şərqi Qüds də daxil olmaqla Qəzza zolağı və Qərb Sahilində vəziyyət: 17 günlük müharibə” adlı hesabatında qeyd edilir ki, Qəzzadan didərgin düşən 600 min insan müxtəlif düşərgələrdə özlərinə sığınacaq tapıblar.
Açıqlamaya görə, son 24 saat ərzində daha 10 min insan, Qəzzanın mərkəzi hissəsi ilə yanaşı, Xan Yunus və Rəfah bölgələrində isə təxminən 430 min fələstinli didərgin düşüb.
Anar Əliyev