Cari ilin 9 ayında Türkiyədə elektriklə işləyən avtomobillərin sayında 3,5 dəfə artım qeydə alınıb.
Newscenter.az Türkiyə Statistika Təşkiatına istinadən bildirir ki, nəticədə "Toqq" da daxil olmaqla ölkədə sentyabrın sonunda elektrikli avtomobillərin sayı 51219-a çatıb.
Məlumata görə, sentyabr ayında yollarda qeydə alınan 14 milyon 967 mindən çox avtomobilin 36 faizi dizel, 33,8 faizi LPG, 28,2 faizi benzin, 1,3 faizi hibrid, 0,3 faizi isə eelektrikli avtomobillərdən ibarət olub.
Türkiyədə keçən ilin sonunda elektriklə işləyən avtomobillərin sayı 14 min 552 ədəd təşkil edib.
Anar TAGİYEV