Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu gün Türkiyə beynəlxaq münasibətlər sitemində öz yeri olan ölkəyə çevrilib

Bu gün Türkiyə beynəlxaq münasibətlər sitemində öz yeri olan ölkəyə çevrilib


"Cumhuriyyətin qurulmasından keçən 100 il ərzində Türkiyə tarixində müxtəlif təlatümlər olsa da, hərbi çevrilişlər baş versə də Türkiyə Cumhuriyyət olaraq ayaqda qalmağı bacardı və inkişaf etdi. Bu gün Türkiyə beynəlxaq münasibətlər sitemində öz yeri olan, gündən-günə güclənən, sürətlə inkişaf edən, beynəlxalq aləmdə söz sahibi olan ən qüdrətli ölkələrdən birinə çevrilib".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümündən danışarkən səsləndirib. O bildirib ki, bu gün Türkiyə kənd təsərrüfatı məhsullarının, tekstil, motorlu nəqliyyat vasitələri, gəmilər və digər nəqliyyat avadanlıqları, tikinti materialları, istehlakçı elektronikası, hərbi sənaye məhsullarının istehsalı ilə dünyanın lider istehsalçıları sırasına yüksəlməyi bacarıb.

Qeyd edək ki, 1923-cü il, oktyabr ayının 29-da Türkiyə Cümhuriyyəti elan edilib.

Anar Əliyev
Xəbəri paylaş