Türkiyədə dəmir yolunun ötürücülük qabiliyyəti artırılacaq.
Newscenter.az xəbər verir ki, bu barədə açıqlamanı Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu verib.
Yavuz Sultan Səlim Körpüsündən yük daşımaları üçün təxminən 122 kilometrlik bir dəmir yolu şəbəkəsinin həyata keçirilməsi üçün səylərin davam etdiyini bildirən Uraloğlu, Orta Dəhlizdə tutumun artırılması üçün işlərə başladıqlarını da söyləyib.
Nazir Uraloğlu, "Ümumiyyətlə Şərq-Qərb oxundan danışırıq. Bu, ticarətin sıx olduğu oxdur. Dediyimiz bütün dəhlizlər Şərq-Qərb marşrutundadır. İndi Şimal-Cənub marşrutları ciddiləşib. dəyərlidir. Şimal-Cənub ilə Şərq-Qərb marşrutlarını dəstəkləməliyik”, deyə-bildirib.
İraq, Birləşmiş Ərəb Əmirlikləri və Qətərlə Fars körfəzindən Türkiyəyə təxminən 1200 kilometrlik dəmir yolu və avtomobil yolu layihəsi üzərində çalışdıqlarını ifadə edən Uraloğlu, bu layihənin maliyyələşdirilməsi və inşasını müzakirə etdiklərini deyib.
Natiq Orucov