Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fransa çalışır ki, Cənubi Qafqazda hərbi gərginlik davam etsin

Fransa çalışır ki, Cənubi Qafqazda hərbi gərginlik davam etsin


"Fransanın Ermənistanı silahlandırması yeni başlanan proses deyil. Bütün dönəmlərdə, istər hərbi, istər maddi, istərsə də siyasi baxımdan Fransa, Ermənistana dəstək verib və köməklik göstərib".

Bu fikirləri Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi Fransa ilə Ermənistan arasında hərbi əməkdaşlıq haqqında sazişin imzalanmasını şərh edərkən səsləndirib. O bildirib ki, bu köməklik işğal dövründən başlayaraq, Fransanın ATƏT-in Minsk qrupu həmsədri kimi fəaliyyəti dövründə də davam edib:

"Bundan başqa 44-günlük müharibə dövründə və sonrakı proseslərdə də biz Fransanın Ermənistanı fərqli üsullara əl ataraq silahdırdığının şahidi olduq. Fransanın bu gün Ermənistana göndərdiyi 3 ədəd GM-200 radar sistemi və "Mistral" yaxın mənzilli hava hücumundan müdafiə sistemləri təşkil edir və sözsüz ki, bu silah və hərbi texnika ilk öncə Azərbaycana qarşı istifadəsi üçün nəzərdə tutulmuşdur. Baxmayaraq ki, Fransa tərəfindən verilən açıqlamada, onların israrla bunlar "müdafiə xarakterlidir" və biz Ermənistanı hər hansı bir ölkəyə qarşı silahlandırmağa çalışmırıq, deməsi heç də özündə həqiqətləri əks etdirmir. Fransanın bu addımlarının xoşniyyətli olmadığı aydındır və Fransa bu siyasətlə çalışır ki, Cənubi Qafqazda hərbi gərginlik davam etsin".

Çingiz Şahbazi deyib ki, Fransanın bütün bu addımları Azərbaycanın tam qələbəsindən sonra Ermənistanda yaranmış ruh düşkünlüyünün qarşısını almaq və yekun sülh müqaviləsinin bağlanmasına mane olmağa cəhd etməkdir:

"Hazırkı vəziyyətdə Ermənistana verilən bu 14-15 milyonluq sistemlərin bizim ölkə üçün heç təhlükəsi ola bilməz. Amma gələcəkdə Fransa bu siyasəti davam etdirərək Ermənistanı silahlandırma proseslərini sürətləndirərsə və genişləndirərsə buna mütləq ki, Azərbaycan dövləti daha da sərt tədbirləri ilə cavab veriləcək".

Anar Əliyev
Xəbəri paylaş