2024-cü ildə Türkiyə iqtisadiyyatı 4 faiz artacaq.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Xəzinə və Maliyyə Nazirliyi ilə Strategiya və Büdcə Müdirliyi tərəfindən hazırlanan növbəti ili əhatə edən proqramda belə qeyd edilib.
Proqramda qeyd olunur ki, bu ilin sonunda Türkiyədə inflyasiya 65 faiz olacağı təxmin edildiyi halda, gələn ilin sonu üçün hədəf 33 faizdir.
Proqrama əsasən, ilin sonunda işsizlik səviyyəsinin 10,1 faiz olacağı gözlənilir. Gələn ilin sonuna hədəf isə 10,3 faizdir.
İxracın 2023-cü ilin sonuna kimi 255 milyard dollara çatacağı, gələn il isə 267 milyard dollara yüksələcəyi proqnozlaşdırılırdı.
Natiq Orucov