İspaniyanın sosial hüquqlar naziri və Podemos Partiyasının lideri İone Belarra Avropa ölkələrinə müraciət edib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, nazir Avropa ölkələrinə İsraillə diplomatik əlaqələri kəsməyi və Təl-Əvivə qarşı silah sanksiyası tətbiq edilməsini zəruri hesab edib.
İone Belarra İsrailin Qəzzada törətdiklərini soyqırım kimi xarakterizə edib və bildirib ki, əgər hərəkət edilsə. soyqırımı dayandırmaq mümkündür:
İspan nazir Avropa ölkələrinin İsraillə bağlı ən az 4 qərar qəbul etməsini məqbul sayıb:
"Birincisi, İsraillə diplomatik əlaqələri kəsmələridir. İkincisi, iqtisadi sanksiyalar, üçüncüsü, silah sanksiyası tətbiq edilməlidir. Dördüncüsü, Ukrayna müharibəsində olduğu kimi, Netanyahu və bütün digər mülki əhalini bombalayan insanlar cəzalandırılmalıdır".
Anar TAGİYEV