Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nəqliyyat infrastrukturuna 168 milyard dollar sərmayə qoyulacaq

Nəqliyyat infrastrukturuna 168 milyard dollar sərmayə qoyulacaq


Türkiyədə 2053-cü ilə qədər nəqliyyat infrastrukturuna 168 milyard dollar sərmayə yatırılması planlaşdırılıb.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu çıxış edib. Son 21 ildə ölkənin nəqliyyat infrastrukturuna 194 milyard dollar sərmayə qoyulduğunu deyən nazir Abdulkadir Uraloğlu, xüsusilə hava və dəmir yolu nəqliyyatında son illərdə uğur əldə edildiyini söyləyib.

O qeyd edib ki, hazırda Türkiyədən cəmi 4 saatlıq uçuşla 67 ölkəyə səyahət etmək mümkündür. Orta Dəhlizdəki ölkələrin Türkiyə ilə dəmir yolu əlaqəsi təmin etdiyinə diqqət çəkən Uraloğlu, bu əlaqənin Boğaziçi Marmaraydan keçərək bütün Avropa dəmir yolunu əhatə etdiyini bildirb.

Natiq Orucov

Xəbəri paylaş