Qırğızıstan İran limanlarından istifadə etmək, eyni zamanda İslam Respublikasına bal ixrac etmək niyyətindədir.
Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, bu barədə açıqlamanı Qırğızıstan Nazirlər Şurasının sədri Aklikbek Japarov İranın birinci vitse-prezidenti Məhəmməd Muhbir ilə görüşündə bildirib.
Aklikbek Japarov deyib ki, ölkəsi tranzit və nəqliyyat məqsədləri üçün İranın dəniz limanlarından istifadə etmək istəyir.
Qeyd edək ki, İranın birinci vitse-prezidenti Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin hökumət başçılarının bu gün Bişkekdə keçiriləcək sammitində iştirak etmək üçün Qırğızıstana səfər edib.
Natiq Orucov