Dünyanın ən güclü ordularından birinə sahib olan Türkiyə özünün son illərdəki inkişafı, xarici siyasət, təhlükəsizlik və digər sahələrdə qazandığı uğurları ilə sözün əsl mənasında regional və qlobal gücə çevrilib.
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə səsləndirib. Politoloq deyib ki, qardaş ölkə son dərəcə mürəkkəb proseslərin cərəyan etdiyi dünyada və regionda sülhün və sabitliyin bərqərar olması, haqqın və ədalətin müdafiəsi naminə ardıcıl və qətiyyətli mövqeyi ilə beynəlxalq müstəvidə yüksək nüfuz və hörmət qazanıb:
"Özünün 100-cü ildönümünü Türkiyə artıq iqtisadi və siyasi müstəqilliyini tam mənada bərqərar etmiş bir ölkə olaraq qeyd edir. Türkiyə artıq qərbin diktəsi ilə yox, özünün milli maraqlarını rəhbər tutmaqla tərəfdaş və müttəfiqlərini seçməklə, Şimali Afrikadan Cənubi-Şərqi Asiyaya qədər geniş bir arealda təsir dairəsi formalaşdıra bilib".
Anar Əliyev