Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə və Azərbaycan arasında sərhəd təhlükəsizliyi məsələsi müzakirə olunub

Türkiyə və Azərbaycan arasında sərhəd təhlükəsizliyi məsələsi müzakirə olunub


Türkiyənin İğdır şəhərində Türkiyə-Azərbaycan sərhədində görülməli təhlükəsizlik tədbirlərinə dair görüş keçirilib.

Newscenter.az xəbər verir ki, "Anadolu" xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, İğdır valiliyində keçirilən görüşdə Türkiyə heyətinə vali Ercan Turan, Naxçıvan Muxtar Respublikasının heyətinə isə polkovnik Bəhmən Babayev rəhbərlik edib.

Görüşdə ortaq sərhəd təhlükəsizliyi məsələsi müzakirə olunub. Görüşün sonunda B.Babayev E.Turana Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fotolarının olduğu tablo hədiyyə edib.
Xəbəri paylaş